Ermənistan 2020-2023-cü illərdə Qarabağ separatçılarına 1,3 milyard dollar verib

Hazırda oxunan: Ermənistan 2020-2023-cü illərdə Qarabağ separatçılarına 1,3 milyard dollar verib

186732

"Bizə deyirlər ki, hökumətimiz Qarabağı (Separatçılar nəzərdə tutulur) tək qoyub. 2020-ci ildən 2023-cü ilə qədər Ermənistan hökuməti Qarabağa 538 milyard dram və ya 1,3 milyard dollar verib. Biz onları özbaşına buraxdıqmı?".

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

Xatırladaq ki, ötən il sentyabrın 19-20-də Qarabağda keçirilən antiterror tədbirlərindən sonra Qarabağ separatçılarının “fəaliyyətinə” son verilib. Onların öndə olan “liderləri” tutularaq Bakıya gətirilib. Digər tör-töküntüləri isə İrəvanda vaxtaşırı olaraq revanşist bəyanatlarla çıxış edirlər. 
Paşinyan hakimiyyəti onların bu “çıxışları”na məhəl qoymur, atdıqları hər addımları nəzarətə götürür. Çünki Ermənistanın indiki iqtidarı separatçıları özləri üçün potensial rəqib hesab edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO