Ermənistan Aİ missiyasının müddətini daha 2 il uzadacaq

Hazırda oxunan: Ermənistan Aİ missiyasının müddətini daha 2 il uzadacaq

186540

Ermənistan Avropa İttifaqının mülki müşahidə missiyasının müddətini daha 2 il uzatmağı düşünür.

Bizim.Media xəbər verir ki, bunu aprelin 10-da baş nazir Nikol Paşinyan parlamentdəki çıxışında qeyd edib.

Onun sözlərinə görə, bu məsələ Praqada keçirilən dördtərəfli görüşün nəticəsidir: 

“Praqada keçirilən dördtərəfli görüş Cənubi Qafqazın sabit və sülhsevər olması üçün mühüm əhəmiyyət kəsb edir və Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması üçün real və ən əsası güclü hüquqi-siyasi əsas planıdır”, - baş nazir bildirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO