“Hazırda Ermənistan və Rusiya arasındakı münasibətlər çətin dövrdən keçir” – Paşinyan 

Hazırda oxunan: “Hazırda Ermənistan və Rusiya arasındakı münasibətlər çətin dövrdən keçir” – Paşinyan 

186536

“Hazırda Ermənistan və Rusiya arasındakı münasibətlər çətin dövrdən keçir. Onların ölkənin dövlətçiliyi, suverenliyi təhlükəsizliyi və iqtisadiyyatı üçün əhəmiyyətini “yüksək qiymətləndirmək çətindir”.

Bizim.Media “TASS”-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O, Rusiya ilə münasibətlərində heç bir yanlış addım atmadıqlarını bildirib:

“Elə bir yer yoxdur ki, həmkarlarımız bizi öhdəlikləri yerinə yetirməməkdə ittiham eləsinlər”.

Onun sözlərinə görə, əks hallar da çoxdur.

Bundan öncə Rusiya Xarici İşlər Nazirliyi Paşinyanı Qərbin Ermənistanı aldatmasının qarşısını almağa çağırıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO