Sərhədlərin delimitasiyası yeni müharibənin qarşısını ala bilər - Paşinyan

Hazırda oxunan: Sərhədlərin delimitasiyası yeni müharibənin qarşısını ala bilər - Paşinyan

186517

Tavuşda sərhədin delimitasiyası Azərbaycanla yeni müharibənin qarşısını ala bilər.

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 10-da parlamentdə çıxışı zamanı deyib.

O bildirib ki, bununla belə, bu, yeni müharibənin olmayacağına zəmanət vermir: 

“Buna baxmayaraq, delimitasiya aparılmalıdır. Bunu etiraf etmək çətindir, lakin bu, faktdır”.

N.Paşinyanın sözlərinə görə, Ermənistanın beynəlxalq miqyasda tanınmış sərhədlərinin müəyyənləşdirilməsi ölkənin təhlükəsizliyi üçün əsas amildir: “Mən buna 2022-ci ildə əmin oldum. Başa düşdüm ki, sərhədlərin müəyyənləşdirilməsi yaxın, orta və uzun müddətli perspektivdə təhlükəsizliyimiz üçün həlledicidir. Belə ki, 2022-ci ildən sonra siyasi-psixoloji proses başladı. Bunu real və tarixi Ermənistan arasında sərhədin müəyyənləşdirilməsi prosesi adlandırmaq olar”.

Hökumət başçısı vurğulayıb ki, tarixi və real Ermənistan arasında ciddi ziddiyyətlər var.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO