Erməni qadın “Azərbaycan qızıyam” mahnısını oxudu - VİDEO

Erməni qadın “Azərbaycan qızıyam” mahnısını oxudu - VİDEO

Hazırda oxunan: Erməni qadın “Azərbaycan qızıyam” mahnısını oxudu - VİDEO

18317

AzTV-də Gürcüstanın Dmanisi rayonunda azərbaycanlıların digər xalqlarla birgə sülh şəraitində yaşamasını əks etdirən süjet yayımlayıb.

Bildirilib ki, Dmanisidə yaşayan 35 min nəfərin 22 mini azərbaycanlılardır. Milli tərkibinə görə seçilən rayonda azərbaycanlılarla bərabər ermənilər, özbəklər, ruslar və digər millətlərin nümayəndələri yaşayırlar.

Bizim.Media xəbər verir ki, süjetdə erməni qadın Lyuba Avdalyan məşhur “Azərbaycan qızıyam” mahnısını da səsləndirib.

L. Avdalyan bildirib ki, 60 ildir bu ərazidə yaşayır və azərbaycanlılara böyük məhəbbəti var.

“Mən azərbaycalıların yanında böyümüşəm. Atam burada zavodda işləyirdi. Bizim ailəmizə azərbaycanlılar çox gəlirdilər. Babam yetim olub və azərbaycanlıların içində böyüyüb. Mən azərbaycanlıları çox sevirəm”.

Bizim.Media

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Bizim Media (@bizimmediaaz)

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO