Ermənistan Baş naziri Nikol Paşinyan mövcud iqtisadi vəziyyət və gələcək proqramlarla əlaqədar yığıncaq keçirib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniatoday.news” saytı Baş nazirin mətbuat xidmətinə istinadən yayıb.
MÖVZU İLƏ BAĞLI:
Paşinyana ölən əsgərin məzarına gül qoymağa icazə vermədi - VİDEO
Mənbə bildirir ki, görüş Ermənistan Mərkəzi Bankının Dilicandakı təlim və tədqiqat mərkəzində keçirilib.
"Bu gün mövcud iqtisadi vəziyyəti, gələcək addımlarımızı və strategiyamızı müzakirə edəcəyik". Nikol Paşinyan görüş zamanı belə deyib.
Tədbirdə iqtisadi siyasət məsələləri, iqtisadiyyatın bərpası perspektivləri və imkanları, rəqəmsallaşdırma, vergi siyasətinin prioritetləri, habelə maliyyə siyasəti müzakirə edilib.
Bizim.Media