Paşinyanın Azərbaycan kəndlərini qaytarmaması müharibəyə səbəb olacaq - Erməni politoloq

Paşinyanın Azərbaycan kəndlərini qaytarmaması müharibəyə səbəb olacaq - Erməni politoloq

Hazırda oxunan: Paşinyanın Azərbaycan kəndlərini qaytarmaması müharibəyə səbəb olacaq - Erməni politoloq

182220

"Bizə daim deyirdilər ki, danışıqları Rusiya platformasından Qərb platformasına keçirsək, Azərbaycana təzyiq göstərəcəklər. İndi biz bunun tam əksini görürük, Azərbaycan Qazax rayonunun 4 kəndinin (İşğalda olan daha 4 kəndimiz var - red.) geri qaytarılması tələbini Berlindən dərhal sonra səsləndirib".

Bizim.Media xəbər verir ki, bunu Ermənistan mətbuatına müsahibəsində politoloq Suren Surenyants deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan: "Azərbaycana geri qaytarılası kənd yoxdur"


"Çox çətin vəziyyət yaranıb. Biz başa düşürük ki, Ermənistanın müqavimət göstərmək üçün resursları yoxdur, çünki Qərb bəyanatlardan başqa heç nə etmir. İkincisi, qorxuram ki, Nikol Paşinyan məsuliyyətdən azad olmaq üçün bu məsələ ilə bağlı danışıqlara getməyəcək. Yenə də hər şeyin erməni əsgərlərinin həyatı bahasına həll olunacağı ilə bağlı kritik məqamı gündəmə gətirir.

Yəni qorxuram ki, bu tələbdən sonra Qərbdən hansısa möcüzə gözləsin. Təbii ki, bu, baş tutmayacaq və hər şey bizim həm ərazilərimizi, həm də insan həyatını itirməyimizlə bitəcək", deyə Surenyants qeyd edib.

Xatırladaq k, bir az öncə Nikol Paşinyan keçirdiyi mətbuat konfransında "Azərbaycana qaytarılası kənd yoxdur" ifadəsini işlədib.

Belə çıxır ki, o, Qərbdəki ağalarına böyük ümid bəsləyir və Azərbaycanla yenidən kəllə-kəlləyə gəlmək fikrinə düşüb. Erməni politoloq Suren Surenyantsın dediyi kimi, Ermənistan bu dəfə daha çox itirəcək. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO