Rusiya XİN-dən ABŞ-ın yeni sanksiyalarına REAKSİYA:

Rusiya XİN-dən ABŞ-ın yeni sanksiyalarına REAKSİYA: "Cavab qaçılmaz olacaq"

Hazırda oxunan: Rusiya XİN-dən ABŞ-ın yeni sanksiyalarına REAKSİYA: "Cavab qaçılmaz olacaq"

17984

“ABŞ-ın Rusiyaya qarşı sanksiya kursu ölkə xalqlarının maraqlarına cavab vermir. Bayden administrasiyasının fəaliyyəti Rusiya ilə münasibətlərin normallaşmasına maraq göstərmədiyinə dəlalət edir”.

Bizim.Media "Tass"a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarına münasibət bildirərkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi


“Bu cür aqressiv davranışın əlbəttə ki, qəti bir cavabı olacaq. Rusiyanın ABŞ sanksiyalarına cavab qaçılmaz olacaq. Vaşinqton başa düşməlidir ki, ikitərəfli münasibətlərin deqradasiyasına görə cavab vermək lazım gələcək. Baş verənlərə görə məsuliyyət tamamilə Amerika Birləşmiş Ştatlarının üzərinə düşür”, - deyə Rusiya XİN-in rəsmi nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, bu gün ABŞ Prezidenti Co Bayden ölkəsinin rusiyaya yeni sanksiyalar tətbiq etməsi barədə Fərman imzalayıb.

Sanksiyaya əsasən, Rusiyanın Vaşinqtondakı diplomatik missiyasının 10 əməkdaşı ölkədən çıxarılacaq. Onların arasında Rusiya Xarici Kəşfiyyat Xidmətinin əməkdaşları da var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO