İrakli Qaribaşvili Gürcüstanda yaşayan müsəlmanlarını təbrik etdi

İrakli Qaribaşvili Gürcüstanda yaşayan müsəlmanlarını təbrik etdi

Hazırda oxunan: İrakli Qaribaşvili Gürcüstanda yaşayan müsəlmanlarını təbrik etdi

17665

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkənin müsəlman vətəndaşlarını Ramazan ayının başlaması münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, hökumət başçısı bu barədə özünün “Facebook” səhifəsində yazıb.

İ.Qaribaşvili müsəlmanlara inam, səbir və müqəddəs Ramazan ayını layiqincə başa vurmağı arzulayıb.

Hökumət başçısı yazır: “Mən sizin ümumi vətənimiz olan Gürcüstanın ictimai həyatına və onun gələcək inkişafına verdiyiniz böyük töhfəni çox yüksək qiymətləndirirəm. Sizin unikal mədəniyyət və ənənələriniz Gürcüstanın zənginliyidir, onun müxtəlifliyinin ayrılmaz hissəsidir”.

İ.Qaribaşvili müsəlman vətəndaşlara və onların ailə üzvlərinə cansağlığı, firavanlıq və əmin-amanlıq arzulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO