Serj Sarkisyan Azərbaycanda yaşayan anasını təbrik etdi – FOTO

Serj Sarkisyan Azərbaycanda yaşayan anasını təbrik etdi – FOTO

Hazırda oxunan: Serj Sarkisyan Azərbaycanda yaşayan anasını təbrik etdi – FOTO

17103

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan qadınları 7 aprel münasibətilə təbrik edib və Azərbaycanın qədim şəhəri olan Xankəndidə yaşayan anası Nora Sarkisyanla çəkdirdiyi fotolarını “Facebook”da yayımlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı yayıb.

"Bizim əldə edə biləcəyimiz ən sabit, güclü və dəyərli şey ana sevgisi və qayğısıdır. Tanrı bütün analara rəhmət eləsin. Qəhrəmanları dünyaya gətirən və böyüdən analarımıza xüsusi minnətdaram”, deyə o, qeyd edib.

Nora Sarkisyan bütün ömrünü Xankəndidə yaşayıb. Son illərdə əri ilə tək qalıb.

Ərinin ölümündən sonra da (Azat Sarkisyan 2013-cü ildə 84 yaşında ölüb) keçmiş prezidentin anası oğulları ilə birlikdə yaşamaq üçün İrəvana köçməkdən imtina edib.

 Nora və Azat Sarkisyan 60 il birlikdə yaşayıblar. O, toxucu, əri isə dəmirçi olub.

Serj Sarkisyan vaxtaşırı Qarabağdakı anasına baş çəkir. Nora Sarkisyanın mühafizəçilərinin olmadığı deyilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO