\

\"Biz bunlardan Kiprdən Qarabağa qədər apardığımız mübarizədə dəstək görmədik\" - Ərdoğan

Hazırda oxunan: \"Biz bunlardan Kiprdən Qarabağa qədər apardığımız mübarizədə dəstək görmədik\" - Ərdoğan

16921

"Bu gün keçirdiyimiz toplantıda iki gündür ölkəmizin gündəmini məşğul edən məsələni geniş şəkildə müzakirə etdik. Gecə yarısı atılan bu etiraz addımı tamamilə pisniyyətli hərəkətdir".

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqaüddə olan 104 admiralın hökumət əleyhinə siyasi bəyanatına münasibət bildirərkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Qarabağ Ana Vətənlə yenidən qovuşub” - Ərdoğan 


"Təqaüdə çıxan heç bir dövlət qulluqçusunun kollektiv şəkildə hər hansı bir təşəbbüslə çıxış etmək haqqı yoxdur. Biz indiyə qədər bu admiralların, diplomatların bir yerə toplanaraq son dövrlərdə Kiprdən Qarabağa qədər apardığımız mübarizə ilə bağlı ölkəmizə dəstək bəyanatları yaydıqlarını görmədik".

"Eyni zamanda 15 iyul dövlət çevrilişinə cəhd zamanı da onların millətimizin yanında dayandıqlarının şahidi olmamışıq", - deyə Türkiyə Prezidenti bildirib. 

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin təqaüddə olan 103 hərbçisi “Montrö Boğazları Sazişi” ilə bağlı bəyanat yayıblar. Ölkənin Baş Prokurorluğu bəyanatla əlaqədar araşdırma başladıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO