Qərbə güvənənlərin MƏLUM SONU – Paşinyanın siyasəti Ermənistanı UÇURUMA APARIR... 

Qərbə güvənənlərin MƏLUM SONU – Paşinyanın siyasəti Ermənistanı UÇURUMA APARIR... 

Hazırda oxunan: Qərbə güvənənlərin MƏLUM SONU – Paşinyanın siyasəti Ermənistanı UÇURUMA APARIR... 

168828

Ermənistanın siyasi hakimiyyəti Qərbə can atır. Hətta Qərbin xoşuna gəlmək üçün əzəli ağası Rusiyaya qarşı da baş qaldırır.

Bəs, Ermənistan Avropaya nə qədər lazımdır?

Təbii ki, sualın cavabı aydındır.  Ermənistan Qərbə daimi yox, müəyyən məqsədlər üçün lazımdır. Avropanın Ermənistanla qurduğu oyunun hədəfi budur ki, Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxartsın və bu boşluğu da öz varlığı ilə doldursun. 
 

MÖVZU İLƏ BAĞLI:

Qərbin NÖVBƏTİ QURBANI – Ermənistanı müharibə meydanına çevirmək PLANI AKTİVLƏŞDİRİLİR


Təbii ki, bu ağır və qorxulu yolda Ermənistanın itirəcəkləri Avropanı qətiyyən narahat etmir. Maraqlıdır ki, Ermənistanın siyasi hakimiyyəti də gələcək itkiləri gözə almır. Bu da Paşinyanın vəzifə hərisliyindən qaynaqlanan məsələdir. Çünki eməni baş nazir özünü Qərbin adamı kimi göstərmək istəyir və hakimiyyətdə qalmaq üçün də Qərbdən dəstək umur. Ona görə də Paşinyan var gücü ilə Avropaya can atır. Baxmayaraq ki, Ermənistanın istəyi çox az şeyi həll edir.

Əsas məsələ Avropa İttifaqının nə istədiyidir.

Reallıqsa odur ki, Ermənistanın hazırkı istəkləri Aİ-nin maraqları ilə heç də üst-üstə düşmür. Ona görə də Aİ Ermənistana ancaq ümid verir. Avropalıların bu hiyləgərliyini təbii ki, Ermənistanda anlayanlar da az deyil. 

Məsələn, erməni politoloq Vahe Hovhannisyan “Sputnik Ermənistan”a son müsahibəsində  deyib ki, Ermənistanın siyasi hakimiyyəti ölkədə Aİ-nin monitorinq missiyasının üzvlərinin sayının artmasına sevinməməlidir:

“Çünki bu ölkənin təhlükəsizliyinə töhfə verə bilməyəcək. Avropa rəsmiləri bildirirlər ki, missiyanın genişləndirilməsi Ermənistan-Azərbaycan sərhədində sabitliyin artırılmasına xidmət edir.  Azərbaycanı Ermənistana qarşı hərəkətlərdən Aİ-nin monitorinq missiyası deyil. Əgər Bakının qarşısında eskalasiya və irimiqyaslı hərbi əməliyyatlara başlamaq vəzifəsi olsaydı, o zaman bir neçə yüz nəfərdən ibarət Avropa missiyası heç bir ciddi maneəyə çevrilməzdi”.

Vahe Hovhannisyan hadisələrə çox açıq gözlə baxa bilib. O Ermənistan rəhbərliyinin, xüsusən də xarici işlər naziri Ararat Mirzoyanın son çıxışlarından birində ifadə etdiyi yanaşmanı “primitiv və sadəlövh” adlandırıb.

Erməni politoloq haqlı olaraq qeyd edir ki, Ermənistan yalnız Avropanının istədiyi qədər ona yaxın ola bilər:

“Bu məsələdə bəzi ölkələrin acınacaqlı təcrübəsi var. Ən parlaq nümunə isə Ukraynadır. Əfqanıstan təcrübəsi də var. Yada salaq ki, amerikalılar, demək olar ki, bir gün ərzində Əfqanıstanı tərk etmək qərarına gəldilər. Amerikalılar öz əfqan müttəfiqlərini belə ölümə məhkum etdilər. 

Başqa bir nümunə isə Gürcüstandır. Avropa və ABŞ-ın ən yaxşı dostu Mixeil Saakaşvilinin bu gün harada olduğunu da xatırlamaq lazımdırsa deyim: o, Gürcüstan həbsxanasındadır”.

Müsahibəsində Azərbaycan-Ermənistan gündəminə də yer ayıran Hovhannisyan vurğulayıb ki, Bakının strateji planları var:

“Son onilliklərin təcrübəsi göstərir ki, Azərbaycan uzunmüddətli hədəflər qoymağı və həyata keçirməyi kifayət qədər yaxşı öyrənib”.

Erməni politoloqun Qərb barədə fikirləri də xeyli maraqlıdır. 

O xatırladıb ki, acı təcrübə yaşayan bütün ölkələr Ermənistana dəfələrlə xəbərdarlıq edib ki, üçüncü qüvvələri regional məsələlərə cəlb etməyin:

“Lakin rəsmi İrəvan inadla iki antaqonist, bir-birini inkar edən vektor üzərində işləyir. Bundan sonra belə bir ölkənin rəhbərliyinə ciddi yanaşmaq olmaz. Ermənistan hakimiyyətinin ən böyük və bağışlanmaz səhvi ölkəni Rusiya ilə Qərb arasında toqquşmanın episentrlərindən birinə çevirməsidir. Ölkə rəhbərliyinin savadsız və məsuliyyətsiz siyasəti sayəsində Ermənistan Qərbin əlində geosiyasi alətə çevrilib”.

Göründüyü kimi, Ermənistanda bəzi ekspertlər artıq reallıqları düzgün qiymətləndirə bilirlər. 

Bəs, Paşinyan bu reallıqları nə zaman dərk edəcək?

Bax, Ermənistanda günün sualı budur. Ermənistanın siyasi cameəsi nə qədər tez bu reallığı dərk etsə, onlar üçün bir o qədər faydalı olar. Çünki Ermənistanın gələcəyi Qərbin istəyindən daha çox rəsmi İrəvanın region dövlətlərə münasibətindən asılıdır. 

Region dövlətləri Ermənistana əməkdaşlıq və sülh əlini uzadır. Ermənistansa Qərbin “ağzına baxır”. Bu gedişlə isə Ermənistanın gələcəyi çox qaranlıq və faciəli görünür.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO