Qızıldan ət basdırması - 167 manata - FOTO

Qızıldan ət basdırması - 167 manata - FOTO

Hazırda oxunan: Qızıldan ət basdırması - 167 manata - FOTO

16813

Türkiyədə fəaliyyət göstərən restoranlardan birində müştərilərə qızıl basdırma təqdim edilir.

Bizim.Media Türkiyə mətbuatına istinadən bildirir ki, uzun müddətdir restoran işlədən Tolqa adlı aşpaz ətdən qızıl təbəqə ilə örtülü basdırmalar hazırlayıb.

Basdırmanın 1 kiloqramı 800 lirəyə (167 manat), 1 dilimi isə 18 lirəyə (3 manata) satılır.

Türkiyədə ilk dəfə qızıl basdırma hazırladığını deyən Tolqa, müştərilərdən çoxlu sifarişlər aldığını bildirib:

“30 ildir bu sahədəyəm. Bir gün qızıl basdırma sifarişi aldım. Ondan sonra bunu hazırlayıb satmağa başladım. Müştərilərin böyük tələbatı ilə qarşılaşdıq".

"Hazırlamaq üçün əvvəl əti bişirik daha sonra, qızıl yarpaqları onun üzərinə sarıb bir gün gözləyirik və hazır olur. Qızıl listləri isə xaricdən sifariş edirik”.

O qidanın mədədə heç bir problem yaratmadığını da vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO