Türkiyədə son sutka ərzində 179 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Koronavirusa yoluxanların sayı 130 milyonu keçdi - DÜNYADA
Bildirilib ki, son 24 saatda 42 min 308 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 3 milyon 400 min 296, pandemiya qurbanlarının sayı isə 31 min 892 nəfərə çatıb.
Türkiyədə indiyədək 3 milyon 59 min 462 pasiyent (son sutkada 24 419 nəfər) sağalaraq evə buraxılıb. Son günlər qardaş ölkədə virusa yoluxma sayında kəskin artım müşahidə edilir.
Bizim.Media