Blinkenin köməkçisi: “Azərbaycanla Ermənistan arasında sülh üçün real imkan var”

Blinkenin köməkçisi: “Azərbaycanla Ermənistan arasında sülh üçün real imkan var”

Hazırda oxunan: Blinkenin köməkçisi: “Azərbaycanla Ermənistan arasında sülh üçün real imkan var”

166416

“Azərbaycan və Ermənistan tərəfinin bir-biri ilə birbaşa və vasitəçilər vasitəsilə danışıqlar aparması ABŞ-ı ruhlandırır. Və bununla biz bütün regionun faydalanması üçün əsl fürsət görürük”.

Bizim.Media ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, əgər ticarət Mərkəzi Asiyadan Azərbaycan və Ermənistan vasitəsilə Türkiyəyə çatdırılsa, bu, həmin ticarət yolu üzərində yerləşən bütün ölkələr üçün əhəmiyyətli stimul olar.
“Biz bilirik ki, Rəsmi Bakı və İrəvan sülh sazişinin mümkün qədər tez əldə olunmasında maraqlı olduqlarını bildiriblər və biz bunu görmək istərdik”, - deyə Blinkenin köməkçisi əlavə edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO