
- A-
- A
- A+
Ermənistan-Gürcüstan sərhədində GƏRGİNLİK – 600-ə yaxın yük maşını BURAXILMIR
Artıq 2-3 gündür ki, Ermənistan-Gürcüstan sərhədində gərginlik yaşanır. Baqrataşen keçid məntəqəsinin Gürcüstan ərazisində yük avtomobillərinin sürücüləri Ermənistan keçid məntəqəsinin pis işləməsi səbəbindən həmin ölkəyə daxil ola bilmir.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Sürücülər bildirir ki, onlar 2 həftədir ölkədən çıxaraq, Rusiyanın şəhərlərinə gediblər və indi Ermənistana qayıdırlar. Amma bir neçə gündür, sərhədin Gürcüstan tərəfində qalmağa məcbur olublar. Buna səbəb isə Ermənistan tərəfinin sərhəd xidmətinin normal işləməməsidir.
Məlumata görə, hazırda Gürcüstan tərəfində 600-ə yaxın yük maşını yığılıb. Sürücülər Ermənistan tərəfdəki keçid məntəqəsinin nə zaman açılacağını bilmirlər.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































