“Azərbaycan Ordusunun ərazi bütövlüyünü qorumaq üçün atdığı qanuni addımları dəstəkləyirik”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Milli Müdafiə Universitetinin 2023-2024-cü tədris ilinin açılış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, indi Azərbaycanla Ermənistan arasında daimi sülhün bərqərar olması üçün yeni fürsətlər yaranıb:
“Ermənistandan bunu dərk edərək hərəkət etməsini gözləyirik. Ümid edirik ki, regionun sabitliyi və rifahı üçün hərtərəfli normallaşmaya mümkün qədər tez nail olacağıq”.
Bizim.Media
- A-
- A
- A+
Region
14:10 / 09.10.2023
Yaşar Gülərdən Ermənistana ÇAĞIRIŞ
Hazırda oxunan: Yaşar Gülərdən Ermənistana ÇAĞIRIŞ
Hazırda oxunan: Yaşar Gülərdən Ermənistana ÇAĞIRIŞ
159015
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.