Ermənistanda xəyanətkarların sayı artır – Parlament qanunda dəyişiklik etməyə məcbur oldu

Ermənistanda xəyanətkarların sayı artır – Parlament qanunda dəyişiklik etməyə məcbur oldu

Hazırda oxunan: Ermənistanda xəyanətkarların sayı artır – Parlament qanunda dəyişiklik etməyə məcbur oldu

15774

Ermənistan Parlamenti casusluq və vətənə xəyanətə görə cəzanın sərtləşdirilməsi barədə qanun layihəsini təsdiqləyib.

Bizim.Media “Sputnik Armenia”ya istinadla xəbər verir ki, layihə Çiçəklənən Ermənistan fraksiyası tərəfindən təklif edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan parlamentinin aparat rəhbəri istefa verdi - FOTO


Qanuna dəyişiklikdən sonra, xəyanətdə təqsirli bilinən şəxs əmlakı müsadirə edilməklə 15-20 il müddətinə və ya ömürlük həbs cəzası ilə üzləşəcək.

Casusluq edənlər isə 12-20 il və ya ömürlük cəza alacaqlar.

Qeyd edək ki, hazırda vətənə xəyanətə görə 10 ildən 15 ilədək həbs gözləyir. Casusluq səbəbindən isə 8 ildən 15 ilədək cəza kəsilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO