Ermənistanın "Joxovurd" qəzeti ikinci Qarabağ müharibəsi ilə əlaqədar təxminən 1 500 cinayət işinin qaldırılması barədə yazı dərc edib.
Bizim.Media xəbər verir ki, hazırda bu cinayət işləri ilə bağlı Ermənistanın İstintaq Komitəsinin Baş İstintaq İdarəsində təhqiqatlar aparılır.
MÖVZU İLƏ BAĞLI:
Füzulidə 3 erməni hərbçisinin qalıqları tapıldı
Məlumata görə, cinayət işlərində 12 500-dən çox insanın adı keçir.
"Bundan başqa, cinayət işləri üzrə təxminən 180 hərbi qulluqçu saxlanılıb, 500-dən çox insan məsuliyyətə cəlb edilib".
"Cinayət məsuliyyətinə cəlb edilənlərdən 12-si komandirdir. Onlar arasında yüksək vəzifəli 2 zabit də var”, - qəzet qeyd edib.
"Joxovurd" qəzeti ikinci Qarabağ müharibəsində 3 300-dən çox hərbçinin həlak olduğunu, 9 000-dən insanın yaralandığını vurğulayıb. (report)
Bizim.Media