Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan Onik Qasparyanın Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi vəzifəsindən qanuni yolla azad edilməsi qərarını alqışlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Erməni Milli Konqresinin mətbuat katibi Arman Musinyanın Facebook səhifəsində dərc etdiyi açıqlamada deyilir.
Bundan əvvəl, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi səlahiyyətlərinə 9 mart tarixində xitam verilmiş general-polkovnik Onik Qasparyan vəzifəsindən kənarlaşdırılması qərarına etiraz edərək İnzibati Məhkəməyə müraciət edib.
O, açıqlamasında zabitləri və əsgərləri erməni xalqının rifahı naminə xidmətlərini davam etdirməyə çağırıb.
Ter-Petrosyan müxalifətin təzyiqlərinə müqavimət göstərən ordunun təmkinini yüksək qiymətləndirib.
"Bunu da vurğulamaq istərdim ki, mövcud partlayıcı vəziyyətin yeganə səbəbi ölkəni idarə etmək missiyasını tamamilə yerinə yetirməyən və xalqımızı alçaldıcı məğlubiyyətə aparan bir insanın kreslosundan möhkəm yapışmasıdır”, deyə Ermənistanın keçmiş prezidenti qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Region
17:36 / 10.03.2021
"Onik Qasparyanın qərarını alqışlayıram" - Levon Ter-Petrosyan üzə çıxdı
Hazırda oxunan: "Onik Qasparyanın qərarını alqışlayıram" - Levon Ter-Petrosyan üzə çıxdı
Hazırda oxunan: "Onik Qasparyanın qərarını alqışlayıram" - Levon Ter-Petrosyan üzə çıxdı
14335
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.