İrəvanda Paşinyana “satqın” deyən şəxs tutuldu - VİDEO

Hazırda oxunan: İrəvanda Paşinyana “satqın” deyən şəxs tutuldu - VİDEO

139642

İrəvan şəhərində Akop Berberyan adlı şəxs “Nikol satqındır” deyə qışqırdığı üçün Kentron Polis İdarəsinə gətirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Ruben Melikyan öz Facebook səhifəsində yazıb.

“Akop Berberyan öz səhifəsində yerləşdirdiyi videoda “Nikol satqındır” deyə qışqırıb. Bu zaman kimsə (bəlkə də polis və ya mühafizəçi) ona müraciət edib. Bundan sonra onunla əlaqə kəsilib. Yəqin ki, onu saxlayıblar. Hazırda Akopdan xəbər yoxdur...”, deyə o, qeyd edib.
Xatırladaq ki, “Ermənistan” fraksiyasının deputatları Kristine Vardanyan və Aspram Krpeyan Kentron Polis İdarəsinə gediblər. Hazırda vətəndaşlar polis idarəsinə toplaşırlar.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO