İrəvan metrosundan qondarma “Böyük Ermənistan” xəritəsi YIĞIŞDIRILDI - FOTO 

Hazırda oxunan: İrəvan metrosundan qondarma “Böyük Ermənistan” xəritəsi YIĞIŞDIRILDI - FOTO 

139299

İrəvan metrosunun “Respublika Meydanı” stansiyasında yerləşdirilmiş “Böyük Ermənistan” xəritəsi yığışdırılıb. 

Bizim.Media Ermənistan KİV-nə istinadən xəbər verir ki, xəritənin yerləşdiyi yerə böyük ölçülü ekran yerləşdirilib. 

Məsələ ilə bağlı bir qrup fəalın İrəvan metropoliteninə izahat üçün məktub yollamaq niyyətində olduğu bildirilir. 

Xatırladaq ki, bundan öncə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Azərbaycan, İran, Türkiyə və Gürcüstana ərazi iddialarını özündə ehtiva edən qondarma “Böyük Ermənistan” xəritəsinin İrəvan metropolitenində yerləşdirilməsinə diqqəti yönəltmişdi.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO