Alen Simonyan Kanada vətəndaşının üzünə tüpürdüyünə görə üzr istədi

Alen Simonyan Kanada vətəndaşının üzünə tüpürdüyünə görə üzr istədi

Hazırda oxunan: Alen Simonyan Kanada vətəndaşının üzünə tüpürdüyünə görə üzr istədi

129303

Kanada vətəndaşını təhqir edən və onun üzünə tüpürən Ermənistan parlamentinin sədri Alen Simonyan üzr istəyib. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı erməni mətbuatı yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan parlamentinin sədri vətəndaşın üzünə tüpürdü - VİDEO


Mənbə yazır ki, o, Kanada vətəndaşından deyil, erməni xalqından üzr istəyib.

Spiker baş verənləri təkcə özü üçün deyil, həm də siyasi müxalifət üçün dərs adlandırıb:

"Onlar ritorikalarına, şəxsləri təhqir etmək taktikalarına yenidən baxmalı, sivil debata qayıtmalıdırlar".

Qeyd edək ki, bu insidentin müxalifətlə heç bir bağlılığı yoxdur. Bir neçə gün öncə erməni əsilli Kanada vətəndaşı Karen Mkrtçyan Simonyanı İrəvanın mərkəzindəki “Kaskad” kompleksinin yaxınlığında görərək, onu hər kəsin qarşısında satqın adlandırıb.
Spikerin mühafizəçisi buna cavab olaraq, Mkrtçyanın qollarını burub,  Simonyan isə həmin şəxsin üzünə tüpürüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO