İranda zəhərlənən məktəbli qızların sayı 900-ə ÇATDI

İranda zəhərlənən məktəbli qızların sayı 900-ə ÇATDI

Hazırda oxunan: İranda zəhərlənən məktəbli qızların sayı 900-ə ÇATDI

123400

"İranda 900-ə yaxın məktəbli qız zəhərlənib"

Bizim.Media "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, bu barədə "Tabnak" saytı məlumat verib.

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Şəhriyar Heydəri ölkədə son günlər məktəbli qızların zəhərlənməsi ilə bağlı şok açıqlama verib:

“İndiyə qədər ölkənin müxtəlif əyalətlərindən 900-ə yaxın şagird zəhərlənib. Hesab edirəm ki, İslam Şurası Məclisinin sədri Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasına bu məsələni kəşfiyyat orqanları, habelə Səhiyyə və Təhsil nazirliklərinin məsul şəxsləri ilə birlikdə araşdırması ila bağlı tapşırıq versin. Bu problemin mənbəyi qısa vaxtda müəyyən edilməlidir ki, insanlarin narahatlığına son qoyulsun”, deyə Ş.Heydəri qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO