Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan ölkədə hakimiyyət dəyişikliyinə səbəb olan 2018-ci il hadisələrini "anti-Qarabağ hərəkatı" adlandırıb.
Bizim.Media məlumat verir ki, Serj Sarkisyan bu barədə Armnews TV-yə verdiyi müsahibəsində bildirib.
MÖVZU İLƏ BAĞLI:
Serj Sarkisyan evə qapandı
"2018-ci ilin yazında baş verənlər mahiyyət etibarilə Qarabağ əleyhinə bir hərəkat idi", - deyən keçmiş prezidentin sözlərinə görə, Nikol Paşinyan hakimiyyəti Qarabağ məsələsində əvvəlki "nailiyyətlərindən" imtina etdikdə və danışıqlar prosesinin tarixini Azərbaycan Prezidentindən öyrənməyə başlayanda müharibə və məğlubiyyətin qaçılmaz olduğu artıq çoxdan aydın idi.
Serj Sarkisyan Paşinyanın hakimiyyətə gəlməsinin onun layihəsi olması ilə bağlı mətbuatda dolaşan iddiaları da rədd edib.
"Düşmənə də belə bir layihə arzulamazdım. Düşünürsünüz ki, özümə görə belə bir cəfəngiyatın üzərinə boya çəkərəm?".
Bizim.Media