“Cümhur İttifaqı” olaraq yeni Konstitusiya məsələsində eyni fikirdəyik. Cümhuriyyətimizin yüzüncü ildönümünü çevrilişlə qəbul edilmiş Konstitusiya ilə deyil, yeni mülki Konstitusiya ilə qarşılayacağıq.
Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, Prezident Rəcəb Tayyib Ərdoğan partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında deyib.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğan: "Həddini bil, mənə meydan oxuma"
Dövlət başçısı “Gəlin, hamılıqla birlikdə yeni Konstitusiya təkliflərimizi bu il içində hazırlayıb müzakirələrə başlayaq”, - deyə bütün ölkə ictimaiyyətinə çağırış edib.
Prezident bildirib ki, tələsmədən, bütün təbəqələrlə lazımlı məsləhətləşmələr apararaq, müasir tələblərə cavab verəcək bir Konstitusiya hazırlamalıyıq.
Bizim.Media