Rusiyada ticarət mərkəzində güclü yanğın oldu - VİDEO

Rusiyada ticarət mərkəzində güclü yanğın oldu - VİDEO

Hazırda oxunan: Rusiyada ticarət mərkəzində güclü yanğın oldu - VİDEO

111546

Rusiyanın Krasnodar diyarının Tiflisskaya kəndində ticarət mərkəzi yanıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya Fövqəladə Hallar Nazirliyinin bölgə üzrə Baş İdarəsi yayıb.

Mənbə yazır ki, yanğının sahəsi min kvadratmetrə yaxın olub.

Yanğın şənbə günü səhər saatlarında baş verib. Hadisə ilə bağlı xəbər dispetçerə saat 8.15-də daxil olub. Hadisə yerinə gələn yanğınsöndürənlər qaz və tüstüdən mühafizə xidmətinin üç bölməsi ilə binaya baxış keçirib.
Təxliyə tələb olunmayıb, hadisə nəticəsində tələfat olmayıb. Yanğınsöndürənlər alovun qarşısını ala biliblər. Hadisə yerində 63 nəfər, 18 texnika, o cümlədən Rusiya Fövqəladə Hallar Nazirliyinin 39 canlı qüvvəsi və 10 texnikası işləyib.

Bizim.Media
 


Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO