
- A-
- A
- A+
Rusiya Müdafiə Nazirliyi yenə ərazilərimizin adlarının düzgün yazılışına MƏHƏL QOYMADI - FOTO
“Rusiya sülhməramlılarının komandanlığı Xankəndi-Şuşa yolunda vəziyyətin nizamlanması ilə bağlı təkliflərə Azərbaycan və Ermənistan tərəflərindən cavab gözləyir”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin sülhməramlı kontingentin fəaliyyəti ilə bağlı dekabrın 17-nə olan bülletenində qeyd edilib.
Bülletendə həmçinin bildirilib ki, Xankəndi-Şuşa yolunda Rusiya sülhməramlı kontingentinin 7 saylı postu ərazisində vəziyyət dəyişməz olaraq qalır.
Qeyd edək ki, bülletendə diqqət çəkən məqam Rusiya Müdafiə Nazirliyinin yenə də Azərbaycana məxsus etnik ərazilərin adlarının düzgün yazılmasına məhəl qoymayaraq, Xankəndi şəhərinin adını uydurma erməni topinimlərinə uyğun olaraq yazması olub.
Bizim.Media

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































