
- A-
- A
- A+
Region
12:45 / 14.12.2022
İran məktəblərində dərslər yenidən dayandırıldı
Hazırda oxunan: İran məktəblərində dərslər yenidən dayandırıldı
109513
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
İranın Tehran və Əlborz əyalətlərində havanın çirklənməsi yüksək dərəcədə olduğu üçün məktəblərdə təhsilə verilən fasilə yenidən uzadılıb.
Bizim.Media İRNA-ya istinadən xəbər verir ki, Pərdis, Dəmavənd və Firuzkuh şəhərləri istisna olmaqla, Əlborz və Tehran əyalətlərinin bütün şəhərlərində universitetlər də daxil olmaqla bütün məktəblər çərşənbə və cümə axşamı günləri bağlı olacaq.
Səhər saatlarından dərslərin onlayn keçiriləcəyi bildirilib.
Paytaxt Tehranda havanın keyfiyyətinin 168 indeksi ətrafında dövr etdiyi vurğulanıb ki, bu da bütün qruplar üçün qeyri-sağlam şərait deməkdir.
Açıq yerlərdə idmanla məşğul olmaq qadağan edilib.
Vətəndaşlardan zərurət olmadıqda səyahətdən çəkinmələri istənilib.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































