İstanbulda erməni vəhşiliyindən bəhs edən kitabın təqdimatı oldu - FOTO

İstanbulda erməni vəhşiliyindən bəhs edən kitabın təqdimatı oldu - FOTO

Hazırda oxunan: İstanbulda erməni vəhşiliyindən bəhs edən kitabın təqdimatı oldu - FOTO

104106

İstanbulda ermənilərin türk millətinə qarşı törətdikləri soyqırımlarından bəhs edən kitabların təqdimat mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, Anka Türk Birliyinin sədri, tədqiqatçı yazıçı Derya Akdemir Şərqi Anadolu bölgəsində ermənilərin törətdikləri soyqırımlarından bəhs edən “Qaçhaqaç hekayələri” adlı kitabını İstanbul Halkalıda oxucuları üçün imzalayıb.

Halkalı Zeynəbiyyə meydanında keçirilən imza mərasimində çıxış edənlər Derya Akdemirin həyat və yaradıcılığı haqqında məlumat veriblər.

Onlar yazıçının qələmə aldığı əsərlərdə tarixin gizli məqamlarına diqqət çəkdiyini, xalqın milli kimliyindən süzülmüş məlumatlarla bəzədildiyini bildiriblər.
Çıxışlarda Türkiyə-Azərbaycan birliyinə toxunulub, ölkələrimizin dünyanın dəyişən nizamında birgə hərəkət etməsindən məmnunluq ifadə olunub. Bu birliyin bölgəmizin əmin-amanlığı baxımından əhəmiyyəti vurğulanıb, Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdə atdığı addımlar yüksək qiymətləndirilib.

Kitabla bağlı fikirlərini ifadə edən azərbaycanlı yazıçı Oktay Hacımusalı Derya Akdemirin Şərqi Anadolu bölgəsində erməni vəhşilikləri ilə bağlı hekayələrini oxuduğunu və yazıların bədii cəhətdən olduqca ustalıqla qələmə alındığını bildirib.

Vurğulayıb ki, tarix türk millətinin yazdıqları və etdikləri ilə zəngindir. Ermənilər tərəfindən törədilən bu vəhşilikləri dünyaya haqq-ədalət gətirən bir millətə qarşı işləmək yolverilməzdir.
Çıxışında uşaqlıqdan erməni vəhşiliyi haqqında söylənilənləri kədərlə dinlədiyini və sonunda yazmağa qərar verdiyini deyən Derya Akdemir bunun davamı olaraq İrəvan hekayələrinin də artıq çap olunduğunu və yaxın günlərdə imza mərasiminin keçirilməsinin nəzərdə tutulduğunu deyib.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO