Ermənistan hərbi bölməsinin silah-sursatı anbarı partladı

Ermənistan hərbi bölməsinin silah-sursatı anbarı partladı

Hazırda oxunan: Ermənistan hərbi bölməsinin silah-sursatı anbarı partladı

103092

Bu günlərdə Ermənistan ordusunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələrindən birinin döyüş mövqeyində güclü yanğın baş verib.

Bizim.Media erməni KİV-lərinə istinadla xəbər verir ki, gecə saatlarında silah-sursat saxlanılan “vaqon-konteynerdə” baş verən yanğından bir müddət sonra partlayş müşahidə olunub.

Partlayış nəticəsində bir neçə erməni hərbçisi yaralanıb, tikili və silah-sursat yararsız hala düşüb.

Hadisədən dərhal sonra döyüş mövqeyinə bir neçə yanğınsöndürən və təcili tibbi yardım maşını gəlib.

Xəsarət alan hərbçilər hospitala yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO