Metrodan istifadə edənlərə ŞAD XƏBƏR – 9 stansiya AÇILIR – RƏSMİ 

Metrodan istifadə edənlərə ŞAD XƏBƏR – 9 stansiya AÇILIR – RƏSMİ 

Hazırda oxunan: Metrodan istifadə edənlərə ŞAD XƏBƏR – 9 stansiya AÇILIR – RƏSMİ 

99931

"Bakıda 9 yeni stansiya tikiləcək. Bu stansiyalardan 3-ü Dərnəgüldən sonra Koroğlu stansiyasına qədər Ziya Bünyadov prospektində olacaq stansiyalardır. 4 stansiya isə Xətaidən sonra Həzi Aslanov-2 stansiyasına qədərdir.

Bu barədə məlumatı Bizim.Media-ya "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov verib.

Onun sözlərinə görə bu stansiyaların yerləşmə ərazisi Ağ şəhərin girişində, digəri isə Xəzər televiziyasının binası yaxınlığındadır:

“Bu ərazidə artıq tunel qazılıb. Tikinti işləri məhz buradan başlayacaq. Növbəti stansiya "Nargilə" keçmiş avtomobil zavodu ətrafında, dördüncü isə Həzi Aslanov-2 olacaq. Bu stansiyada da müəyyən işlər görülüb, tamamlanma işləri layihənin həyata keçirilməsindən asılı olacaq”.
Qurum rəsmisi əlavə edib ki, Həzi Aslanovdan çıxan qatar yalnız İçərişəhər istiqamətinə gedəcək:

“Buradan yaşıl xəttə keçmək üçün isə müxtəlif mənbələr olacaq. Həzi Aslanov, 28 May və Koroğlu stansiyalarında keçidlər olacaq. Bu o deməkdir ki, Koroğlu stansiyasından Elmlər Akademiyası stansiyasına getmək istəyənlər 15 dəqiqə ərzində ünvana çatacaqlar. İnterval isə 2 dəqiqə olacaq" , - deyə Bəxtiyar Məmmədov bildirib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO