Səidə Sultan:

Səidə Sultan: "Rəhimin adı hər dəfə çəkiləndə ona rəhmət oxunacaq" - ÖZƏL

Hazırda oxunan: Səidə Sultan: "Rəhimin adı hər dəfə çəkiləndə ona rəhmət oxunacaq" - ÖZƏL

99921

“Keçən il martın 9-u Rəhim doğum günümə gəlməli idi. Gələcəyəm desə də, amma gəlmədi. Amma əvvəlcədən söyləmişdi ki, gələ bilməsəm, üzürlü say. Biz hər zaman bir-birimizi çox istəmişik”.

Bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində müğənni Səidə Sultan deyib.

Sənətçi 43 yaşında ürəktutmadan dünyasını dəyişən, yaxın dostu, bəstəkar-müğənni Rəhim Rəhimlidən söz açıb.

“Rəhim xətrimi hər zaman əziz tuturdu. O, incəsənətə məndən daha öncə gəlib. Rəhim heç zaman özünü digər müğənnilərdən üstün tutmayıb. Mən bir məqama çox sevinirəm ki, Rəhim dünyasını dəyişəndə bütün xalq məyus olmuşdu.
Bundan gözəl şey yoxdur. Təki hamımız rəhmətə gedəndə bu cür sevgini özümüzlə apara bilək. Çünki adam var vəfat edir, amma onun arxasınca rəhmət oxunmur. İnanın, hara gedirəm, hamı məndən Rəhimi soruşur. Nə gözəl ki, Allah ona o sevgini vermişdi. Rəhimin hər dəfə adı çəkiləndə ona rəhmət oxunacaq.

Səidə Sultan Rəhim Rəhimlinin bəstələdiyi nəğmələrdən birini repertuarına salacağını da istisna etməyib.

“Böyük məmnuniyyətlə ifa edərəm. Niyə də yox. Biz onun o əsərlərini yaşatmalıyıq və unudulmağa imkan verməməliyik”.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO