''Rüblər üzrə baxdıqda Ümümu Daxili Məhsulun istehsalı (ÜDM) ən böyük həcmdə (4-cü rüb) 22,4 mlrd. manat, ən az həcmdə (2-ci rüb) 15.5 mlrd manat olub''.
''Bu, təkcə ÜDM-nin ümumi göstəricisinə deyil, qeyri-neft ÜDM-nə də aiddir. Qeyri-neft ÜDM-nin həcmi 4-cü rübdə 14.5 mlrd. manat olub. Bu da bu ilin ilk rübünə nisbətən təxminən 25% çoxdur''.
Bizim.Media xəbər verir ki, bu fikirləri “Facebook” hesabında iqtisadçı-ekspert Rövşən Ağayev ötən ilin ilk 3 və sonrakı 9 ayında iqtisadiyyatda baş verənlər barədəki təhlilində qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Qarabağa böyük qayıdışdan sonra evlər və obyektlər bahalaşacaq - EKSPERT
O, iqtisadiyyatın qapandığı şəraitdə belə sürətli böyümənin nəyin hesabına olduğunu belə izah edib:
“Birinci amil iqtisadiyyata kapital qoyuluşlarının birdən-birə kəskin artmasıdır. Bilirsiniz ki, investisiyalar ÜDM-i formalaşdıran (xərc amili üzrə) 4 əsas komponentdən biridir.
İlin ilk rübündə iqtisadiyyatda manat kapital qoyuluşu cəmi 5.9 milyard manatdırsa, təkcə son rübdə bu rəqəm 6.6 mlrd. manat olub və 3-cü rübə nisbətən isə 50% artıb.
Digər amil büdcə xərclərinin kəskin artımıdır. Bu da ÜDM-i formalaşdıran (xərc amili üzrə) 2-ci amildir. 4-cü rübdə 7.8 mlrd. manat büdcə xərcləməsi olub.
Bu, 1-ci rüblə müqayisədə 50%, sonrakı 2 rübə nisbətən orta hesabla 20% yüksəkdir”.
Alçina Amilqızı, Bizim.Media