Kürdəmir məktəbində şagirdlərin ağladığı görüntüləri çəkən müəllim CƏZALANDIRILDI 

Kürdəmir məktəbində şagirdlərin ağladığı görüntüləri çəkən müəllim CƏZALANDIRILDI 

Hazırda oxunan: Kürdəmir məktəbində şagirdlərin ağladığı görüntüləri çəkən müəllim CƏZALANDIRILDI 

99753

3 gün əvvəl Kürdəmir rayonu E.Zülfüqarov adına Şilyan kənd tam orta məktəbində ibtidai siniflərdən birində qorxulu anların yaşandığını və həmin məqamı əks etdirən videogörüntüləri ictimailəşdirmişdik. 

Məsələ Bizim.Media-da gündəmə gələndən sonra Şilyan kənd tam orta məktəbin direktor əvəzi Ülkər Quliyevanın tapşırığı ilə Pedaqoji Şura toplaşıb və birgə qərarla görüntüləri çəkən müəllimə töhmət verilib.  
 

MÖVZU İLƏ BAĞLI:

Kürdəmir məktəbinə BASQIN – Şagirdləri ağladan KİMDİR? – VİDEO +ÖZƏL


Adının çəkilməsini istəməyən müəllim saytımıza müraciət edərək, barəsində əsassız qərar verildiyindən gileylənib:

“Xatirə müəllimin məsələsini kənara qoyub, məni araşdırırlar. Guya  qapını içəridən bağlayıb, uşaqlara şiddət göstərmişəm, ağlatmışam və çəkiliş etmişəm. Videonu çəkməkdə heç bir məqsədim olmayıb. Elə olsaydı, ötən il də məktəbdə yaranmış problemi ictimailəşdirərdim və qarşı tərəfi məhkəməyə verərdim.

Amma Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədovun xahişi ilə bu məsələni böyütmədim. Dərsim bitmişdi. Dəhlizə çıxanda şagirdlərdən bir neçəsi qarşıma qaçdı ki, “müəllimə uşaqlar ağlayır”. Hələ bir uşaq da pəncərənin qarşısına çıxmışdı.
Mən hər zaman o sinfə yaxşı münasibət göstərmişəm deyə, uşaqlar məni çox istəyir. Məqsədim Xatirə müəlliməyə videonu göstərmək idi ki, uşaqlar əziyyət çəkir. Şagirdlərdən biri dayanmırdı.

Onları güclə sakitləşdirdim və müəllimlərinə məktub da yazıb təqdim etdilər.Halbuki məndən əvvəl bir iki müəllim girib, sadəcə “sakit dayanın” deyib çıxmışdı”.

Narazı müəllimin sözlərinə görə barəsində töhmət deyil, ən azından xəbərdarlıq verilməli idi:

“Olaydan sonra Xatirə müəllimin vəziyyəti pisləşmişdi, biz onu xəstəxanaya apardıq. Həkim nəzarətilə ilə yanında qalmalı oldum. İştirakım olmadan Pedaqoji Şura yığışıb və qərar verib.

Heç olmaya xəbərdarlıq olunardı. Axı mən videonu çəkib yaymamışam və qərəzli addımım olmayıb. Hətta valideynlərdən biri bu gün yaxınlaşıb, şagirdləri tək qoymadığım və onları sakitləşdirdiyim üçün təşəkkürünü bildirib. Məktəb rəhbərliyinin əsasına görə videonu dərsim ola-ola çəkmişəm. Amma belə deyil. Bu gün gedib izahat yazdım və məsələnin araşdırıldığını tələb etdim”. 

Qeyd edək ki, oktyabrın 14-də Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədov, icra hakimiyyətinin nümayəndələri və “press” geyimində “jurnalist” ibtidai sinif müəllimi Xatirə Əhmədovanın dərsini pozaraq, müəllimi dəhlizə çıxarıblar. Müəllimin polis tərəfindən aparıldığını zənn edən şagirdlər ağlayaraq sinif rəhbərlərinin geri dönməsini tələb ediblər. Uşaqları sakitləşdirən digər müəllim yoldaşı isə həmin məqamı lentə alıb. 
Olaya səbəb Xatirə Əhmədovanın şagirdlərindən biri olan Ayxan Abdulovun valideynləri ilə arasındakı xoşagəlməz münasibətlərdir. Müəllimin iddiasına görə Ayxanın valideynləri 3 ildir ona səbəbsiz problrmlər yaradır,  təzyiq və  təhdidə məruz qalır. Hətta Abdulovlar ailəsi ucbatından kənddə rahat yaşaya bilmədiyini, hər gününü qorxu, stress içində keçirdiyini və intihar cəhdinə çatdırıldığını qeyd edir. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO