Azərbaycan-Pakistan əlaqələrinin 30 illiyinə hədr olunan sərgi açılıb - FOTO 

Azərbaycan-Pakistan əlaqələrinin 30 illiyinə hədr olunan sərgi açılıb - FOTO 

Hazırda oxunan: Azərbaycan-Pakistan əlaqələrinin 30 illiyinə hədr olunan sərgi açılıb - FOTO 

99372

Bakıda Azərbaycan və Pakistan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş sərginin açılışı olub.

Bizim.Media xəbər verir ki, açılış mərasimində Pakistanın Azərbaycandakı səfiri Bilal Haye və Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Qənirə Paşayeva çıxış ediblər.

Səfirin sözlərinə görə, bugünkü tədbir ikitərəfli mədəni əlaqələrin möhkəmlənməsinə kömək edəcək. Belə ki, hər iki ölkə qədim tarixə malikdir və hazırda Pakistan ikitərəfli əməkdaşlığı daha da gücləndirməyə çalışır.
Q.Paşayeva isə iki ölkə arasında məsafənin uzaq olmasına baxmayaraq, Azərbaycanla Pakistan arasında yaxın və qardaşlıq əlaqələrinin mövcudluğunu qeyd edib.

Deputat hər iki ölkəyə sülh və firavanlıq arzulayaraq bildirib ki, həm Pakistan, həm də Azərbaycan öz tarixi boyu çətinliklərdən keçib və bu anlayışların dəyərini anlayıb.

Oktyabrın 17-dək davam edəcək sərgidə Azərbaycan və Pakistan rəssamlarının əsərləri təqdim olunacaq.(Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO