“Azərsu” ASC-nin sistemsizlik PROBLEMİ - Smart karta yüklənən pullar niyə YOXA ÇIXDI? 

“Azərsu” ASC-nin sistemsizlik PROBLEMİ - Smart karta yüklənən pullar niyə YOXA ÇIXDI? 

Hazırda oxunan: “Azərsu” ASC-nin sistemsizlik PROBLEMİ - Smart karta yüklənən pullar niyə YOXA ÇIXDI? 

98896

Smart-kart yükləmələri zamanı yaranan texniki problemlər zaman-zaman aktuallaşıb. Xüsusilə smart tipli su sayğaclarından istifadədə vətəndaşlar tez-tez bu halla qarşılaşırlar. 

Son vaxtlar isə “E manat” terminalı vasitəsilə karta ödənilən məbləğin karta oturmaması və ya sayğacın yaddaşına köçürən zaman yüklənməməsi ilə bağlı problem ortaya çıxıb.

Bununla bağlı Bizim.Media-ya müraciət edən abonentlərin bildirdiyinə görə ödənişin karta yükləndiyi barədə qəbz alsalar da, məbləğ karta oturmur. Çünki kartdakı ödəməni sayğacın yaddaına köçürəndə məbləğin olmadığını müşahidə edirlər. Yalnız bir gün sonra karta məbləğ oturur. Bu isə vətəndaşların vaxtında su təminatının təmin olunmasında çətinlik törədir. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda TEXNİKİ SU PROBLEMİ – “Hər yerdə, “moyka”larda belə içməli su işlədilir” – “Azərsu” RƏSMİSİ


Maraqlıdır ki, sözügedən problemlə bağlı “E manat”a müraciət edən abonentlərə problemin “Azərsu” ASC-dən qaynaqlandığı bildirilib. Ödəmə terminalından vətəndaşlara ödənişin kartda olduğu söylənilir və onlarda hər hansı texniki problemin olmadığı vurğulanıb. 

İki qurum arasındakı sistemsizliyin köklü səbəbi isə şikayətçilərə izah olunmur.

Məsələ ilə bağlı “E manat” terminalından Bizim.Media-ya araşdırıldıqdan sonra mövqe bildirəcəkləri bildirilib.

“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı isə qeyd edib ki, oktyabrın 10-da sözügedən məsələ ilə bağlı qısamüddətli problem yaşanıb:

“"E manat" aparatlarının bizim serverə əlaqəsi kəsilib və həmin vaxt yüklənən vəsaitlər vətəndaşların kartına yox, hesabına oturub. Sonradan problem aradan qaldırılıb və onlar məbləği sayğaca yükləyə biliblər. Hazırda heç bir problem yoxdur. Əgər vətəndaşların yüklədikləri pul kartlarına bərpa olunmasa, ASAN Kommunala, yerli Sukanal idarələrinə rahat şəkildə müraciət edib, həmin vəsaitləri bərpa etdirə bilərlər”, deyə qurum rəsmisi qeyd edib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO