Putin - Bayden telefon danışığının TƏFƏRRÜATLARI

Putin - Bayden telefon danışığının TƏFƏRRÜATLARI

Hazırda oxunan: Putin - Bayden telefon danışığının TƏFƏRRÜATLARI

9863

Kreml Rusiya prezidentinin ABŞ-lı həmkarı ilə telefon danışığının detallarını açıqlayıb.

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov yanvarın 26-da Vladimir Putin və Co Bayden arasında baş tutan telefon danışığı barədə jurnalistlərin suallarını cavablandırıb.

“Telefon danışığı Rusiya tərəfinin təşəbbüsü idi. Telefon danışığını əsasən, Co Baydeni Amerika prezidenti kimi fəaliyyətə başlaması münasibətilə təbrik etmək üçün təşkil etmək istədik. Həmçinin aktual məsələlərin müzakirəsi də olub. Burada iki ölkə arasında Strateji Hücum Silahları haqqında müqavilənin uzadılması da yer alıb. Ölkə başçıları belə razılaşmanın əhəmiyyətini təsdiq ediblər”.

Telefon danışığını işgüzar və səmimi adlandıran Peskov 2011-ci ildə Moskvada Putin və Baydeninin görüşünü də xatırladıb.

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO