Daha bir milyarder Rusiya vətəndaşlığından imtina etdi

Daha bir milyarder Rusiya vətəndaşlığından imtina etdi

Hazırda oxunan: Daha bir milyarder Rusiya vətəndaşlığından imtina etdi

98553

Milyarder Yuri Milner Twitter-də ailəsi ilə birlikdə 2022-ci ilin yayında Rusiya vətəndaşlığından imtina etdiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, biznesmenin nümayəndəsi bu məlumatı “Forbes” jurnalına təsdiqləyib.

“2014-cü ildə Krımın Rusiyaya ilhaqından sonra mən və ailəm Rusiyanı həmişəlik tərk etdik. Və bu yay biz Rusiya vətəndaşlığından imtina prosesini rəsmən başa çatdırdıq”, - deyə iş adamı bildirib.
Yuri Milner 1999-cu ildə İsrail vətəndaşlığını alıb və bir neçə il bu ölkədə yaşayıb, bundan sonra ABŞ-a köçüb.

Forbes 2022-ci ildə Milnerin sərvətini 7,3 milyard dollar qiymətləndirib. İş adamı jurnalın tərtib etdiyi ən zəngin ruslar siyahısında 15-ci yeri tutub.

Milner Rusiya vətəndaşlığından imtina edən üçüncü iş adamıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO