Avropaya yeni qaz kəməri çəkiləcək

Avropaya yeni qaz kəməri çəkiləcək

Hazırda oxunan: Avropaya yeni qaz kəməri çəkiləcək

98305

Bir il müddətində dünyanın ən uzun sualtı qaz kəməri olan Nigeriya-Mərakeşin tikintisinə başlanacaq. Nigeriya-Mərakeş qaz kəməri layihəsi vasitəsilə Afrika qazının tədarükü Avropanın enerji müstəqilliyini təmin edəcək, bu da onun strateji suverenliyi üçün zəruri ilkin şərtdir.

Bizim.Media xəbər verir ki, bu barədə Yeni Cənubi Siyasət Mərkəzinin (PCNS, Rabat) baş elmi işçisi Camal Makrux bildirib.

C.Makrux qeyd edir ki, Avropa Nigeriya-Mərakeş qaz kəmərinin tikintisində strateji marağa malikdir və bu, Avropa ölkələrinin qaz ehtiyatlarının şaxələndirilməsinə səmərəli töhfə verəcək.
Boru kəməri, xüsusilə, Avropanın Rusiya qazından asılılığını təhlükəli iqlim nəticələri ilə qeyri-ənənəvi enerji mənbələrindən asılılıqla əvəz etmək riskini azaldacaq və həmçinin Qərbi Afrika regionuna inteqrasiyanı stimullaşdıracaq ki, bu da öz növbəsində Avropa iqtisadiyyatı üçün geniş və faydalı istehlak bazarına çevriləcək.

Nigeriya dünyada ən böyük təsdiqlənmiş təbii qaz ehtiyatlarına malik ölkələrin reytinqində yeddinci yeri tutur.

Uzunluğu 5600 kilometr olan Nigeriya-Mərakeş qaz kəməri işlənmə və hazırlanma mərhələsindədir. Layihənin məqsədi qaz ehtiyatlarının Nigeriyadan Mərakeşə on üç Qərbi Afrika ölkəsi vasitəsilə nəqlini nəzərdə tutur.
Boru kəməri Niger Deltasındakı Brass adasından başlayacaq, Mərakeşin şimalında başa çatacaq və orada Əlcəzairi Mərakeş vasitəsilə İspaniyaya birləşdirən mövcud Avropa Mağrib boru kəmərinə birləşdiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO