Krım körpüsündə partlayan yük maşını 21 ton plyonka aparırmış - FOTO

Krım körpüsündə partlayan yük maşını 21 ton plyonka aparırmış - FOTO

Hazırda oxunan: Krım körpüsündə partlayan yük maşını 21 ton plyonka aparırmış - FOTO

98255

Oktyabrın 8-də səhər saatlarında Krım körpüsündə partlayan yük maşını “TEK-34” şirkətinin  sifarişi ilə Armavir şəhərindən Simferopola 21 ton plyonka aparırmış.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Baza Telegram kanalı yayıb.

Mənbə yazır ki, azərbaycanlı sürücü Mahir Yusubov körpüdən oktyabrın 7-də keçməli imiş, ancaq körpünün girişinə yaxın yerdə dincəlmək qərarına gəlib.

Xatırladaq ki, sürücü sifarişi internet vasitəsilə alıb. İlkin məlumatlara görə, onun planlaşdırılan “terror hücumu”ndan xəbəri olmayıb. 

Yeri gəlmişkən, Krım körpüsündə partlayan yük avtomobilini maşının sahibinin əmisi, 51 yaşlı Mahir Yusubov idarə edib. Qohumları onu təhlükəsizlik görüntülərindən müəyyən ediblər.

Onların sözlərinə görə, avtomobilin faktiki sahibi Mahir olub. Bir il əvvəl o, maşını qardaşı oğlu Samirin adına rəsmiləşdirsə də, avtomobili özü idarə edib.

Partlayış zamanı isə 3 nəfər dünyasını dəyişib. Onlar yük maşınının yaxınlığında gedən minik avtomobilinin sərnişinləri olub.

Bizim.Media



 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO