"Qarabağın 13 faizi minalardan təmizlənib" - Prezidentin xüsusi nümayəndəsi 

Hazırda oxunan: "Qarabağın 13 faizi minalardan təmizlənib" - Prezidentin xüsusi nümayəndəsi 

98102

Qarabağın turizm potensialından tam istifadə etmək yalnız 3 əsas amil nəzərə alınmaqla mümkündür: ərazidə təhlükəsizliyin təmin edilməsi, infrastrukturun yaradılması, əhalinin geri qayıtması. Bunları nəzərə alaraq, birinci ərazilərin minalardan təmizlənməsi işlərinə başlandı. 

Bizim.Media xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Naftalan - Sağlamlıq və turizmin sinerji mənbəyi. Regionda yeni rellıqlar" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib. 

Emin Hüseynov qeyd edib ki, Ermənistan beynəlxalq təzyiq altında minalanmış bəzi ərazilərin xəritələrini versə də, bu xəritələrin dəqiqliyi yalnız 25 faizdir:

“Lakin Azərbaycan üzləşdiyi bütün çətinliklərə baxmayaraq, digər dövlətlərin və beynəlxalq təşkilatların dəstəyi olmadan Qarabağ iqtisadi rayonu daxilində işğaldan azad edilmiş ərazilərin 13 faizini minalardan və digər partlamamış hərbi sursatlardan təmizləyərək tam miqyasda minatəmizləmə əməliyyatlarını davam etdirir”. 

Azad olunmuş ərazilərin minalardan təmizlənməsi ilə bərabər, yenidənqurma işlərinə də başlandığını xatırladan E.Hüseynov bildirib ki, əsas və sosial infrastrukturun tikintisi hazırda sürətlə davam edir.
“Əsas infrastruktur haqqında qeyd etmək istərdim ki, nəqliyyat və logistika, enerji təchizatı, su təchizatı və telekommunikasiya sahələrində eyni vaxtda iş aparılır. Bu gün Qarabağ iqtisadi rayonunda 9 magistral və 2 dəmir yolu tikilir. Səkkiz 8 ay ərzində - rekord müddətdə möhtəşəm Füzuli Beynəlxalq Hava Limanı tikilib təhvil verilib. Eyni zamanda, enerji və su təchizatı, eləcə də İKT infrastrukturu sahəsində böyük tikinti işləri aparılır”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO