Fevralın 1-dən etibarən Pakistanın Azərbaycandakı səfirliyi vizaların elektron qaydada verilməsinə başlayacaq.
Bizim.Media xəbər verir ki, bununla əlaqədar olaraq Pakistan səfirliyinin feysbuk hesabında paylaşım edilib.
“1 fevral 2021-ci il tarixindən etibarən bütün müraciətçilərin viza müraciətlərini www.visa.nadra.gov.pk portalından həyata keçirməsi tövsiyə olunur”,- deyə bildirişdə qeyd olunub.
Bizim.Media