“Azərbaycanın əksinə olaraq, Ermənistan 10 noyabr bəyanatından irəli gələn, eyni zamanda sonrakı danışıqlar prosesində üzərinə götürdüyü öhdəlikləri ləngitməklə məşğuldur. Qul kimi ağalarından təlimat alan bu “ölkə” məsələləri uzatmaqla dividendlər qazanmağa çalışır, lakin zamanın onlara nə verəcəyini özləri də bilmir. Bununla da Ermənistan yenə də uduzmağa davam edir”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında millət vəkili Vüqar İskəndərov səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Ceyhun Bayramov-Ararat Mirzoyan görüşünün DETALLARI AÇIQLANDI - RƏSMİ
Belə ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Cenevrədə baş tutan görüşü şərh edən deputat qeyd edib ki, son sərhəd təxribatları yenə də ağalarından tapşırıq alan Ermənistanın iç üzünü göstərdi:
“Onlar bununla son Brüssel görüşündə razılaşdırılan məsələlərini pozmağa və gərginliyi artırmağa yönələn hadisələr idi. Lakin Azərbaycan yenə də öz gücünü göstərdi və Ermənistan tamamilə çökdürüldü. Onların ordusu 200 nəfərdən artıq itki verdi, məhv edilən texnikaların dəyəri isə milyard dollardan çox idi. Ermənistanın bu zərbəni kompensasiya etməsi illərlə zaman alacaq”.
Vüqar İskəndərovun fikrincə, xarici işlər nazirlərinin son görüşünü pozitiv hesab etmək olar:
“Cenevrədə keçirilən Ceyhun Bayramov-Mirzoyan görüşündə müsbət məqamlar, xüsusilə Azərbaycanın irəli sürdüyü 5 baza prinsipi müzakirə olunub. Düşünürəm ki, görüş əldə olunacaq sülh sazişi yolunda pozitiv addım kimi dəyərləndirilməlidir.
Görüşün əsas məqamlarından biri Ermənistanın öz silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxarılması tələbi idi. Eyni zamanda sülh sazişinin mətni də müzakirə mövzusu olub. Ümumilikdə isə, görüşü konstruktiv hesab etmək olar”.
Müsahibimiz əlavə edib ki, Ermənistanın yenədə də sülh prosesindən uzaq addımlar atması mümkündür:
“Amma Azərbaycan həm diplomatik, həm də hərb meydanından buna hazırdır. Ona görə də hər bir gözlənilməz təxribatın cavabı ikiqat ağır olacaq. Bu da Ermənistanı daha ağır duruma sala bilər. Bu səbəbdən Ermənistan hərbi-siyasi rəhbərliyi yaxşı düşünməli, görüşlərdə müzakirə olunmuş məsələlərin reallaşdırlması istiqamətində zəruri addımlar atmalıdır”.
Murad Əhmədov, Bizim.Media