Ukrayna ordusu İran istehsalı olan 8 dronu vurub

Ukrayna ordusu İran istehsalı olan 8 dronu vurub

Hazırda oxunan: Ukrayna ordusu İran istehsalı olan 8 dronu vurub

97140

Ukrayna ordusu Rusiya hücumları zamanı İranın istehsal etdiyi 8 kamikadze pilotsuz uçuş aparatını vurub.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Ordusunun Baş Qərargahı məlumat yayıb.  

Xatırladaq ki, Ukrayna Xarici İşlər Nazirliyi sentyabrın 23-də yaydığı bəyanatda Rusiyanın Ukraynaya hücumunda İranın pilotsuz təyyarələrindən istifadə etməsinə cavab olaraq İranın bu ölkədəki səfirinin etimadnaməsini geri götürmək və diplomatlarının sayını əhəmiyyətli dərəcədə azaltmaq qərarı verdiyini açıqlayıb.

İran mediası, xüsusilə SEPAH-a bağlı mətbuat orqanları İran istehsalı olan dronların Ukraynaya qarşı hücumlarda əhəmiyyətli rol oynadığı barədə təbliğat xarakterli məlumatlar yayır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO