Tərtərdə minaya düşən şəxslərlə bağlı SON XƏBƏR - VİDEO

Tərtərdə minaya düşən şəxslərlə bağlı SON XƏBƏR - VİDEO

Hazırda oxunan: Tərtərdə minaya düşən şəxslərlə bağlı SON XƏBƏR - VİDEO

96858

Tərtərdə minaya düşən hər iki şəxs Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, yaralıların ikisinin də sağ ayağının baldır hissəsində travmatik amputasiya olub.

Onlar tam müayinə edildikdən sonra cərrahiyyə şöbəsində əməliyyata götürülüblər.  

Hazırda cərrahiyyə əməliyyatı davam edir. Həkimlər onların vəziyyətinin ağır və orta ağır olaraq qiymətləndirir.

Qeyd edək ki,  bu gün Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində 1976-cı il təvəllüdlü Rəfail Bayramov və 1990-cı il təvəllüdlü Nicat Cabbarov minaya düşüblər.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO