"Üçtərəfli razılaşmalar kağız üzərində qalmadı, mərhələli şəkildə icra olunur" - Rusiya XİN

Hazırda oxunan: "Üçtərəfli razılaşmalar kağız üzərində qalmadı, mərhələli şəkildə icra olunur" - Rusiya XİN

96546

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan-Ermənistan sərhədinə beynəlxalq müşahidəçilərin yerləşdirilməsi təklifinə münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə danışıb. 

M.Zaxarova  Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının əhəmiyyətini vurğulayıb: 

"Bu bəyanatlarda çox məsələlər nəzərdə tutulub. Bəyanatlarda həm nəzəri, həm də praktiki tərəflər, eləcə də baş verənlərin təsdiqi və gələcək planlar əksini tapıb.
Əldə olunan üçtərəfli razılaşmalar kağız üzərində qalmadı. Onlar mərhələli şəkildə, addım-addım həyata keçirilir. Hər şey istəyən kimi reallaşmır. İstəyirik ki, maksimum olsun. Ona görə də reallığı xəyalla dəyişmək olmaz. Bu yəqin ki, ümumi qaydadır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO