Zaqatalada narkotacirdən odlu silah götürüldü – FOTO

Zaqatalada narkotacirdən odlu silah götürüldü – FOTO

Hazırda oxunan: Zaqatalada narkotacirdən odlu silah götürüldü – FOTO

96219

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan  və odlu silah  saxlayan şəxs tutularaq istintaqa təhvil verilib. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər də oğurluq və əmlakı qəsdən məhvetmə cinayətləri törətdiyi üçün bir neçə dəfə məhkum olunmuş Sərdar Atayev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Davam etdirlən tədbirlərlə saxlanılan şəxsin yaşadığı evə də baxış keçirilib. Həmin ünvandan isə 1 kiloqramdan artıq marixuana, eləcə də lüləsi və qundağı kəsilmiş ov tüfəngi götürülüb.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO