Küçədə gecələyən iki yeniyetmə qapalı müəssisəyə YERLƏŞDİRİLƏCƏK - VİDEO

Küçədə gecələyən iki yeniyetmə qapalı müəssisəyə YERLƏŞDİRİLƏCƏK - VİDEO

Hazırda oxunan: Küçədə gecələyən iki yeniyetmə qapalı müəssisəyə YERLƏŞDİRİLƏCƏK - VİDEO

96216

Bakı şəhərində iki yeniyetmə günlərdi küçədə gecələyir. 

Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri öz “Facebook” hesabında tanınmış müğənni Emma Ələkbərzadə paylaşıb. Görüntülərin Səməd Vurğun küçəsində çəkildiyi bildirilir. 

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya məsələnin araşdırıldığı bildirilib. 

Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadənin sözlərinə görə  12-13 yaşlarında olan yeniyetmələrin narkotik istifadəçisi olduğu ehtimal edilir:

“Psixiotrop maddələr qəbul edən uşaqlardır. Bizim hər dəfə yaranan problemimiz yerləşdirilmə ilə bağlıdır. Zərərli vərdişləri və davranışlarında problemləri olan uşaqların yerləşdirilməsi heç bir sığınacağın çərçivəsinə sığmır. Çünki reablitasiya olan yerlərdə yeni gələn uşaqlarla bağlı ciddi problemlər yaranır. Onlar qapalı müəssisələrə yerləşdirilməlidir”, - deyə Birlik rəhbəri əlavə edib. 

Məsələ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyinin də nəzarətinə götürülüb. Qurumun əməkdaşları əraziyə yönləndiriliblər.

Alçina Amilqızı, Bizim.Media 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO