Bakıda Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilir – FOTO

Bakıda Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilir – FOTO

Hazırda oxunan: Bakıda Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilir – FOTO

96176

Sentyabrın 28-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilir.

Bizim.Media xəbər verir ki, əvvəlcə ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Forumun keçirilməsində əsas məqsəd beyin mərkəzlərinin fəaliyyətinin stimullaşdırılması və onların fəaliyyətinin dövrün tələblərinə uyğun təşkil edilməsi, dövlət qurumları və beyin mərkəzləri arasında mütəmadi kommunikasiyanın və əməkdaşlığın qurulmasının təmin edilməsidir.
Forum zamanı aparılan müzakirə və təkliflərin təhlili növbəti addımlar üçün istiqamətlərin təyin edilməsinə imkan verəcək.

Forum, eyni zamanda, beyin mərkəzlərinin cəmiyyətdə təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Forumun işində xarici və yerli beyin mərkəzləri ilə bərabər müxtəlif dövlət qurumlarının nümayəndələri də iştirak edəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO